Paytaxtın Xəzər rayonu, Qala qəsəbəsi, Vaqif küçəsində həyətlər gölməçələrə çevrilib. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az ATV-yə istinadən xəbər verir.
Mənşəyi bilinməyən çirkab sular, demək olar, küçədəki bütün həyətlərə dolaraq gölməçələr yaradıb. Sakinlərin sözlərinə görə, suyun səviyyəsi hər gün qalxır.
“Burada iydən-qoxudan dayanmaq olmur. Hər yerə müraciət etmişik, ancaq heç kim buraya baxmır. Biz dərdimizi kimə deyək?” – deyə sakinlər şikayət edirlər.
“Azərsu”dan məsələ ilə bağlı bildiriblər ki, ərazidə kanalizasiya sistemi olmadığından bu vəziyyət yaranıb. Bayram günləri olduğundan rəsmi qurumlar köməklik edə bilməyəcəklərini qeyd ediblər.