“Qarabağ” – ”Qalatasaray” oyunu zamanı transfer danışığı baş tutub. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
İstanbul təmsilçisi “Qarabağ”ın 22 yaşlı sol cinah müdafiəçisi Tural Bayramovla maraqlanıb. Klub Azərbaycan təmsilçisinin rəsmiləri ilə danışıb və onun haqqında məlumat toplayıb.
Tural Bayramov hazırda millinin heyətindədir. Onun klub ilə 2026-cı ilə qədər müqaviləsi var.
Ötən gün “Qarabağ”-“Qalatasaray” oyunu qonaqların 1:2 qələbəsi ilə bitmişdir.