Paytaxtın Yasamal rayonu, Zahid Xəlilov küçəsi, 42-44 ünvanında yerləşən ictimai iaşə obyektində nöqsanlar aşkarlanıb. Bu haqda bu gün, 27 mart tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.
Yoxlama zamanı məlum olub ki, obyektdə sanitar qaydalara riayət olunmayıb, işçilər tibbi müayinədən keçməyiblər, həmçinin dezinfeksiya, dezinseksiya və deratizasiya işləri aparılmayaıb.
Aşkar olunan faktlarla bağlı müəssisənin fəaliyyəti dayandırılıb, rəhbərlik məsuliyyətə cəlb olunub. Yoxlamalar davam edir.