Bakının Suraxanı rayonunda yerləşən qəbiristanlıqda mütəmadi olaraq oğurluqlar baş verir. Mərhumların qohumları şikayət edirlər ki, məzarlardan dəmir və daşlar talanır. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az məlumat verir.
Sosial şəbəkə istifadəçilərinin sözlərinə görə, köhnə qəbiristanlıqda mühafizəçilərin razılığı ilə əsl mafiya fəaliyyət göstərir. Qəbrin sahibsiz və ya az ziyarət edildiyini görən evsizlər və narkomanlar onun metal hasarlarını, əkilmiş ağacları və kolları qazıb, qəbir daşlarını sındırıb oğurlayırlar.
Sakinlər, həmçinin bildirdilər ki, polisə və qəbiristanlıq rəhbərliyinə dəfələrlə müraciət etsələr də, vəziyyət dəyişməyib.
Suraxanı rayonunda yerləşən qəbiristanlıq





