Bakının mərkəzində qeyri-adi fotosessiya keçirilib. Emilia Dinqo adlı İnstagram blogerinin yaratdığı obraz polisləri cəlb edib. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az məlumat verir.

Blogerin sözlərinə görə, ona yaxınlaşan 6 polis əməkdaşı çəkilişi dayandırmağı və görüntüləri silməyi tələb ediblər. Buna səbəb qızın canlandırdığı obrazın onlar üçün yetərincə açıq-saçıq görünməsi olub.

“Hansı qanunu pozduğumu soruşanda mənə belə cavab verdilər: “Belə geyimdə çəkiliş qadağandır”, “Bu plyaj deyil”, “Bura Azərbaycandır, eşidirsiniz?”, “Ana-bacı baxır”, “Şəkilləri silin”…

Əgər təsadüfən bu qanunları konstitusiyada görmüsünüzsə, mənə də göndərin”, – Dinqo öz səhifəsinddə qeyd edib.

Dinqo fotosessiyaya 6 ay hazırlaşdığını və bütün detallara 2500 manat xərclədiyini də qeyd edib.

Blogerin izləyiciləri fotosessiya ilə bağlı müxtəlif fikirlər bildiriblər. Onlardan bəziləri qızı dəstəkləyib, bəziləri isə polislə razılaşaraq fotosessiyanı şəhərimiz üçün çox cəsarətli hesab ediblər.

İnstagram blogeri mərkəzdə fotosessiya keçirib: 6 polis əməkdaşı onun qarşısını almağa çalışıb

Emilia Dingo
Emilia Dingo
Emilia Dingo
Emilia Dingo Emilia Dingo Emilia Dingo