Səbailin icra başçısı Vüqar Zeynalov səyyar qəbul keçirəcək. Bu haqda bu gün, 28 mart tarixində Bakuplus.az icra hakimiyyətinə istinadən xəbər verir.
239 nömrəli tam orta məktəbdə təşkil olunacaq görüş martın 29-u saat 10:30-da başlayacaq. İştirak etmək istəyən vətəndaşlar (012) 493 82 47 nömrəsi ilə əlaqə saxlayaraq və ya elektron qaydada müraciət edərək qəbula yazıla bilərlər.
Ünvan: Badamdar qəsəbəsi, Məktəbli küçəsi, 16.