Moldovanın paytaxtı Kişinyov və Bakı arasında ilk uçuş həyata keçirilib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az “Air Moldova” aviaşirkətinə istinadən xəbər verir.

“Air Moldova” Kişinyov-Bakı istiqamətində həftədə üç dəfə – çərşənbə axşamı, cümə axşamı və şənbə günləri müntəzəm uçuşlar həyata keçirəcək. Bakı-Kişinyov istiqamətində isə uçuşlar çərşənbə, cümə və bazar günləri həyata keçiriləcək.

Uçuş müddəti 200-240 dəqiqə təşkil edir.