Paytaxtın atmosfer havasının keyfiyyətinin gündəlik yoxlanışı keçirilib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Ekologiya Nazirliyinə istinadən xəbər verir.
Bakının Səbail, Xətai, Nizami, Nərimanov rayonlarında fəaliyyət göstərən avtomatik stansiyaların verdiyi məlumata əsasən, Bakı şəhəri üzrə hava keyfiyyət göstəricilərindən dispers toz hissəciklərinin miqdarı normadan 1.2, dəm qazı 1.6 dəfə artıqdır.
Havada müşahidə olunan toz küləkli hava şəraiti ilə əlaqədardır. Dəm qazının miqdarının normadan yüksək olmasına səbəb isə nəqliyyatın hərəkətinin intensiv xarakter daşıması ilə əlaqədardır.