Dünyaca məşhur daha bir DJ Bakıya gəlir. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Bakı Şəhər Halqasına istinadən xəbər verir.

“Don Diablo” ləqəbli niderlandlı DJ “Formula 1” Azərbaycan Qran-prisi çərçivəsində Bakıda çıxış edəcək.

Elektronik musiqiləri ilə məşhur olan Don Diablo bir sıra dünya miqyaslı səhnələrdə çıxış edib, böyük kütlə toplamağı bacarıb.oto

Tədbir 28 aprel tarixində baş tutacaq. Giriş üçün “Formula 1” biletləri almaq lazımdır.