11 ayın sultanı olan Ramazan ayının 7-ci günü gedir. Oruc tutan paytaxt sakinləri günün sonunda oruclarını açmaq üçün bəzən Bakı restoranlarına üz tuturlar. Restoranlarımız isə onlara rahat və sərfəli olsun deyə müxtəlif iftar menyuları təklif edir. Bakuplus.az komandası araşdırdı və izləyicilərimiz üçün şəhərin müxtəlif nöqtələrindən, müxtəlif qiymətlərdə iftar menyuları təklif edən restoranların siyahısını hazırladı. Buyurun, nuş olsun!

“Özsüt Baku” – 29, 33, 35 AZN

Şəhərin müxtəlif nöqtələrində olan restoranlar şəbəkəsi hər bir filialında eyni menyunu təklif edir.

Menyuya daxildir:

  • Ana yemək;
  • Şorba;
  • Günün salatı;
  • Məzələr;
  • Meyvə şirəsi və ya ayran;
  • Günün şirniyyatı;
  • Xurma və su (ikram edilir).

Ünvan: Fəvvarələr meydanı, Qış parkı, “Elmlər” m/s, “Gənclik Mall”, Atatürk parkı.

Özsüt Baku İftar menyusu
Özsüt

“Pizza Hut Baku” – 8-9 AZN

Bəlkə də, Bakının ən ucuz iftar menyusuna sahib olan restoran müştərilərinə təklif edir:

  • Su;
  • Xurma;
  • Şorba;
  • Salat;
  • Ana yemək (toyuq və ya ət);
  • Çörək və zeytun.

Ünvan: R.Behbudov küçəsi, 20c.

Pizza Hut iftar menyusu
Pizza Hat

“Günaydın Baku” – 85 AZN

Özünəməxsus interyerlə yanaşı, müştərilər üçün bol çeşidli menyu təklif edir:

  • Başlanğıclar;
  • İsti qəlyanaltılar;
  • Əsas yeməklər;
  • Desertlər;
  • İçkilər.

Ünvan: Xətai prospekti 51 və Aqil Quliyev küç, 4.

Günaydın Baku iftar menyusu
Günaydın Baku

“Museum İnn” – 26 AZN

İçərişəhərin qədimi ab-havasında, Qız qalasının mənzərəsində iftar açmaq istəyənlər üçün təklif olunan menyuya daxildir:

  • Şorbalar;
  • Məzələr;
  • İsti Yeməklər;
  • Desert.

Ünvan: Qazi Məhəmməd küçəsi, 3, İçərişəhər, Qız Qalası.

Museum İnn iftar menyusu
Museum İnn

“Sahne Baku” – 18 AZN

Bu məkan qonaqları üçün açıq bufet təklif edir. Bura daxildir:

  • Şorbalar;
  • Salatlar;
  • İsti yeməklər;
  • Desert;
  • Məzələr;
  • İçkilər.

Ünvan: “Azure Business center”.

Sahne Baku iftar menyusu
Sahne Baku

“Grace Terrace” – 18, 23 AZN

Xəzərin mənzərəsinə hündürdən baxaraq təklif olunan iftar menyusundan yararlana bilərsiniz. Menyuya daxildir:

  • Başlanğıclar;
  • Salatlar;
  • Şorbalar;
  • İsti yeməklər;
  • İçkilər.

Ünvan: Qurban Abbasov, 3/4

Grace Terrace iftar menyusu
Grace Terrace

“CASA Baku Restaurant” – 22 AZN

Azərbaycan Kulinariya Sənətləri Mərkəzləri sizi ən dadlı təamlarla iftar açmağa dəvət edir. Məkanın təklif etdiyi iftara daxildir:

  • Salatlar;
  • Şorbalar;
  • İsti yeməklər;
  • İçkilər;
  • Günün deserti.

Ünvan: “Dəniz Mall”.

CASA Baku Restaurant iftar menyusu
CASA