Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən eyniadlı ticarət mərkəzində fəaliyyət göstərən dönərxana bağlanıb. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Qida Təhlükəsizliyi Agentliyinə istinadən xəbər verir.

Adıçəkilən ərazidə yerləşən “Uğur” dönər evində aparılan yoxlama zamanı məlum olub ki, obyektdə sanitariya-gigiyena qaydalarına riayət olunmur, eləcə də dezinfeksiya, dezinseksiya və deratizasiya xidmətlərindən istifadə olunmayıb.

Aşkar olunan faktlarla bağlı obyekt bağlanıb, sahibkar məsuliyyətə cəlb olunub. Yoxlamalar davam edir.