Yenilənib:
Deputat Fazil Mustafa hazırda həkim müşahidəsi altındadır, müalicəsi davam edir. Bu haqda TƏBİB-dən məlumat verilib.
11:25 – Fazil Mustafa əməliyyat olunub
Deputat Fazil Mustafa 2-ci dəfə əməliyyat olunub. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
Deputatın köməkçisi Əjdər Əliyev bildirib ki, Fazil Mustafanın çiynindən aldığı yara ciddi olduğundan ikinci əməliyyata ehtiyac yaranıb. Hazırda onun səhhəti qaydasındadır.
Deputat ilk olaraq Kliniki Tibbi Mərkəzdə əməliyyat olunub. Daha sonra o, başqa tibb müəssisəsinə köçürülüb.
Ötən gün gecə saatlarında deputat Fazil Mustafaya silahlı hücum olub. Nəticədə o, çiyni və ayağından yaralanıb.