Azərbaycanın ilk qadın pianoçusu Xədicə Qayıbovanın xatirəsinə tədbir həsr olunacaq. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Azərtac-a istinadən xəbər verir.
İlk pianoçu xanım Xədicə Qayıbovanın 130 illiyinə həsr edilmiş xatirə gecəsində tarzən, Əməkdar artist Sahib Paşazadənin müşayiəti ilə musiqi solistlərinin ifasında yerli və xarici bəstəkarların musiqiləri səsləndiriləcək.
Tədbir 1 may tarixində Beynəlxalq Muğam Mərkəzində baş tutacaq.
Xədicə Qayıbova 1893-1928-ci illərdə yaşayıb. Onun təşəbbüsü ilə “Qısamüddətli Şərq musiqi kursları” təşkil edilib, uşaq xoru yaradılıb və birbaşa onun iştirakı ilə azərbaycanlı qadınlar üçün “Musiqi-dram” studiyası yaradılıb.