Paytaxtın Nizami rayonunda quldurluq edən 2 nəfər tutulub. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakinləri Nicat Kərimli və Tural Həmidov həmyerliləri S.Qasımovu bıçaqla hədələyərək onun mobil telefonunu oğurlamaqda şübhəli bilinirlər.

Həmin şəxslər barəsində araşdırmalar davam edir.