Paytaxtın Nizami rayonunda külli miqdarda pul oğurlayan şəxs tutulub. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Bakı şəhər sakini Rövşən Quliyev həmyerlisinə məxsus içərisində 17.800 AZN olan çantanı oğurlamaqda şübhəli bilinir.

Onun barəsində araşdırmalar davam edir.