Bakıda yerləşən “İntellekt” liseyinin direktoruna töhmət verilib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.

49 nömrəli “İntellekt” məktəb-liseyində valideynlərdən vəsait tələb olunması ilə bağlı yayılan məlumatlar əsasında araşdırma aparılıb. Aşkar olunan faktlarla bağlı adıçəkilən təhsil ocağının direktoruna şiddətli töhmət verilib, məktəb-liseyin təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsindən azad olunub.

Hazırda məktəb diqqətdə saxlanılacaq.