Paytaxtın Qaradağ rayonu, Ələt qəsəbəsində bir nəfər döyülərək öldürülüb. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.

49 yaşlı Dəyanət Cəfərov naməlum şəxslər tərəfindən döyülüb. Nəticədə ağır xəsarətlərlə evinə gələn D.Cəfərov orada dünyasını dəyişib.

Faktla bağlı araşdırmalara başlanılıb.