Paytaxtın Səbail rayonunda avtomobil piyadanı vurub. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Report-a istinadən xəbər verir.
40 yaşlı Azər Hacıyev avtomobil yolunu keçən zaman onu nəqliyyat vasitəsi vurub. Nəticədə piyada sağ ayağının sınığı ilə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.