Paytaxtın Yasamal rayonunda yerləşən yaşayış binasında yanğın baş verib. Bu haqda bu gün, 29 mart tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Alışma ümumi sahəsi 130 kv.m olan 3 otaqlı mənzilin mətbəxində başlayıb. Nəticədə 1 ədəd paltaryuyan maşın yanıb, 0,5 kv.m sahədə mebel qarsalanıb. Mənzilin digər hissələrinə və ətraf infrastruktura ziyan dəyməyib.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Yanğın söndürülüb.