Azərbaycanlı dağçılar Mina Əliyeva və Sima Səfərova 28 mart saat 07:00-da Afrikanın ən yüksək nöqtəsi Kilimancaro dağının Uhuru zirvəsində Azərbaycan bayrağını dalğalandırıblar. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az məlumat verir.

Ümumilikdə 5 gün davam edən ekspedisiya şaxtalı hava şəraitində keçib.

“Çox çətin və bir az yorucu oldu, çünki biz 5 günə zirvəni vurub düşdük, musson yağışları, bir də havanın soyuğu (biz öyrəşmədiyimiz iqlimdə fərqli idi) bizi çox yordu. Buna baxmayaraq, biz qarşımıza qoyduğumuz məqsədə nail ola bildik”, – açıqlamada FHN-in işçisi Sima Səfərova deyib.

Daha öncə Kilimancaro dağının zirvəsinə daha iki qadın çıxıb. 2019-cu ildə Jamilla Artisan və 2023-cü ilin yanvar ayında Günay Əliyeva zirvəni fəth ediblər.