Bakıda fəaliyyət göstərən Türkiyə şirkətindən külli miqdarda dələduzluq edilib. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Qafqazinfo-ya istinadən xəbər verir.

“Azinfo Dış Ticaret Anonim” şirkətinin Azərbaycandakı filialının rəhbəri Pərviz Əliniyazzadə və ətrafındakı şəxslər 2016-2023-cü illər ərzində şirkətin 745.135 AZN pulunu mənimsəyiblər. Bununla bağlı türk biznesmen Öztanlılar Eşref Hakan Azərbaycanın hüquq-mühafizə orqanlarına müraciət edib. O, təqsirkarların cəzalandırılmasını xahiş edib.