Paytaxtın Babək prospektinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsində avtomobillərin hərəkətində dəyişiklik edilib. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Bakı Nəqliyyat Agentliyinə istinadən xəbər verir.

Belə ki, əvvəllər Oqtay Vəliyev küçəsinin bir hissəsindən digərinə keçmək üçün Babək prospektinə daxil olmaq, daha sonra dönüş edib geriyə qayıtmaq lazım idi. Bu isə müəyyən sıxlıqların, döngə zamanı problemli nöqtələrin yaranmasına səbəb olurdu.

İndi isə O.Vəliyev küçəsi birbaşa əlaqələndirilib və işıqforlarla tənzimlənib. Artıq Babək prospektini kəsərək küçənin bir hissəsindən digərinə birbaşa keçmək mümkün olacaq.