Paytaxtın Nəsimi rayonu, Hüseyn Seyidzadə küçəsində avtoqəza baş verib. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az APA-ya istinadən xəbər verir.
Adıçəkilən küçədə hərəkət edən “Kia” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarında dayanmış “Prius” markalı nəqliyyat vasitəsinə çarpılıb.
Faktla bağlı araşdırma aparılır.



