Bakı və Abşeronda dumanlı hava şəraiti müşahidə olunur. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir.

Xəzər dənizi üzərində formalaşan duman cənub-şərq küləkləri vasitəsilə quruya doğru hərəkət edib. Gündüz saatlarında havanın temperaturunun yüksək olması, gecə isə temperaturun aşağı enməsi nəticəsində yerə yaxın təbəqədə duman əmələ gəlib.

Dumanlı havanın gün ərzində davam edəcəyi gözlənilir.