Paytaxtın Nərimanov rayonu, “Baksol” yolu bağlanacaq. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Avtomobil Yolları Dövlət Agentliyinə istinadən xəbər verir.

Adıçəkilən ərazidə aparılacaq təmir işləri ilə əlaqədar 2 aprel 08:00-dan 22:00-a qədər nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət qoyulacaq.

Sürücülərdən anlayışlı olmaları və qeyd olunan vaxt kəsiyində alternativ yollardan istifadə etmələri xahiş olunur.