Martın 28-də yaşadığı evin qarşısında sui-qəsd cəhdinə məruz qalan Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti yaxşılaşıb. Bu haqda bu gün, 30 mart tarixində Oxu.az Mustafanın qardaşı İlqar Mustafayevə istinadən məlumat verib.

Deputatın müalicəsi həkimin nəzarətində davam etdirilir. Həyatına heç bir təhlükə yoxdur. Hazırda reabilitasiya prosesi başlanıb, əlavə əməliyyatlara ehtiyac olmayacaq.

28 mart gecə saatlarında deputat Fazil Mustafaya silahlı hücum olub. Nəticədə o, çiyni və ayağından yaralanıb.