Bakının Sabunçu rayonu, Nardaran qəsəbəsində qanunsuz silah saxlamaqda şübhəli bilinən şəxs tutulub. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinə istinadən məlumat verir.
Aparılan tədbirlər nəticəsində məlum olub ki, əvvəllər oğurluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Əbdüləli Əbdülov Ləhic bağlarında silahı torpağa basdıraraq gizlədib. Baxış zamanı ərazidə nömrəsi silinmiş “AKMS” markalı avtomat silahı və içərisində 23 ədəd patron olan daraq aşkar olunaraq götürülüb.
Faktla bağlı cinayət işi başlanılıb. Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.