Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) tələbə və məzunlar üçün karyera sərgisi keçiriləcək. Bu haqda bu gün, 30 mart tarixində Trend məlumat verib.
Sərgidə 70-dən çox dövlət qurumu, müəssisə və təşkilat iştirak edəcək. Gənclər üçün 200-dən çox vakansiya və təcrübə proqramı təklif olunacaq.
Karyera sərgisi 4 aprel 2023-cü il tarixində, saat 10:00-da Ayna Sultanova küçəsi, 11 ünvanında – AzMİU-nun İdman Kompleksində keçiriləcək.