Paytaxtın Yasamal rayonunda narkotik alverinə qarşı silsilə əməliyyatlar keçirilib. Bu haqda bu gün, 30 mart tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Son 2 ay ərzində keçirilən əməliyyatlar zamanı ümumilikdə 33 nəfər tutulub, 18 kiloqrama yaxın heroin və metamfetamin dövriyyədən çıxarılıb. Saxlanılan şəxslər narkotikləri İran vətəndaşlarından aldıqlarını bildiriblər.

Faktla bağlı araşdırmalar davam edir.

Yasamal rayonunda 33 narkotacir tutulub
Foto Daxili İşlər Nazirliyi