Bakıda kişi “3-ün dairəsi” adlanan ərazidə yerləşən körpüdən özünü atmaq istəyib. Bu haqda bu gün, 4 aprel tarixində Lent.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevə istinadən məlumat verib.
Verilən məlumata görə, 54 yaşlı kişi sərxoş vəziyyətdə körpüyə çıxıb. Onun iddiasına görə, kafelərin birində onun üzərində olan 19 manat oğurlanıb. O, həmin pulu qaytarmağı tələb edib.
Polis əməkdaşları tərəfindən intihara cəhdin qarşısı alınıb və şəxs izahatı alınması üçün polis bölməsinə aparılıb.