Rusiyanın Vladivostok şəhərində fəaliyyət göstərən Maksim Qorki adına Primorsk Akademik Vilayət Dram Teatrı iyulun 1-dən 9-dək Bakıda qastrolda olacaq. Bu haqda bu gün, 4 aprel tarixində Bakuplus.az Azərtac-a istinadən məlumat verir.
Bu il 90 yaşını qeyd edən teatrın bədii rəhbəri Rusiyanın Xalq artisti, “Qızıl maska” mükafatı laureatı Yefim Zvenyatskidir. Teatr Səməd Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının səhnəsində repertuarından seçmə 6 tamaşa göstərəcək.
Bu, Uzaq Şərqli teatrın irimiqyaslı qastrol turudur. Tamaşalarda 100-dən çox aktyor iştirak edəcək, bir neçə konteyner dekorasiya, geyim və avadanlıqlar gətiriləcək.
Vladivostok teatrı Bakıya qastrola gəlir











