Bakının Sabunçu rayonu, Zabrat-Balaxanı yolunda ölümlə nəticələnən yol qəzası baş verib. Bu haqda bu gün, 5 aprel tarixində APA məlumat verib.

“Mercedes” markalı avtomobili idarə edən İsmayıl Abdullayev üzü şəhər istiqamətində hərəkətdə olarkən işıqforda dayanan yük avtomobilini arxa hissəsindən vurub.

Nəticədə minik avtomobilində sərnişin oturacağında olan Mənaf Həsənov aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib. Hadisə ilə bağlı cinayət işi açılıb.