Bu gün, aprelin 11-i Ermənistan silahlı qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Laçın rayonu istiqamətində yerləşən üzbəüz mövqelərini atıcı silahlardan intensiv atəşə tutub. Bu haqda Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib.
Təxribat nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçuları şəhid olub və yaralanıblar.
Azərbaycan hərbi bölmələri tərəfindən adekvat cavab tədbirləri görülür.