Voleybolçular arasında Azərbaycan çempionatında I Liqanın final matçının tarixi açıqlanıb. Bu haqda bu gün, 14 aprel tarixində Bakuplus.az Voleybol Federasiyasına istinadən xəbər verir.

“Express” və “Təhsil” komandaları arasında matç 16 aprel tarixində saat 12:30-da Voleybol Mərkəzində başlayacaq. Daha sonra mükafatlandırma və bağlanış mərasimləri keçiriləcək.

Kişi voleybolçuların I Liqasının bürünc medalçısı isə “Hərbi İnstitut” komandası olub.