Leonid Moiseyeviç Vaynşteyn 20 aprel 1945-ci ildə Bakıda, bəstəkar Moisey Vaynşteynin ailəsində anadan olub.
Vaynşteyn ilk təhsilini 160 nömrəli gimnaziyada alıb. O, 1963-ci ildə A.Zeynallı adına Musiqi kollecini, 1968-ci ildə isə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsini Q.Qarayevin sinfi üzrə bitirib. Vaynşteyn A.Zeynallı adına orta ixtisas musiqi məktəbində və Azərbaycan Dövlət Konservatoriyasında “Partitura qiraəti” fənnini tədris edib. [http://musicacademy.edu.az/az/mus-tarikhi-muallimler/109-struktur/fakulteler/tarikh-fakult/musigi-nezeriyyesi-kf/mus-nazariyya-gorkemli/799-vaynshteyn-leonid.html]
Bəstəkarın “İlham” baleti, “Səhranın bəyaz günəşi” rok-operası, “Zoluşka”, “Qara ox” operaları, Q.Mopassanın romanı əsasında “Əziz dost” operetta-müziklı, “Dəniz, səma və məhəbbət” vokal silsiləsi və başqa əsərləri var. Müxtəlif janrlarda əsərlər bəstələyərək, teatra, səhnəyə və simfonik musiqiyə üstünlük verib. Musiqiləri Azərbaycan, Rusiya və keçmiş SSRİ respublikaları, Avropa ölkələri, ABŞ və İsraildə səslənib. Son əsərlərindən biri “Sənin baharın gələcək, Azərbaycan!” romansı olub. [http://az.baku-art.com/az/bestekar-pedaqoq-az-rbaycan-ssr-em-kdar-inc-s-n-t-xadimi-leonid-vaynshteyn]
Leonid Vaynşteyn 1967 və 1970-ci illərdə bakılı komandanın tərkibində “KVN” çempionu olub. [Каспаров Г. К. Мой шахматный путь. Том 1. Москва-2011] [https://dzen.ru/media/azerbaijan/bakinskie-vainshteiny-ot-kompozitorov-do-chempionov-po-shahmatam-i-kvn-5f644f63bdfa745d401d9343]
Vaynşteyn Azərbaycan SSR-nin Əməkdar İncəsənət xadimi adına layiq görülüb.
Leonid Vaynşteyn 20 iyun 1994-cü ildə Bakıda vəfat edib.