Bakı şəhəri ərazisində keçiriləcək idman tədbirlərinin proqramı açıqlanıb. Bu haqda bu gün, 24 aprel tarixində Bakuplus.az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir.

24-30 aprel tarixləri arası paytaxt üzrə idman afişası aşağıdakı kimidir:

  • “Heydər Əliyev İli”nə həsr olunmuş “ASAN xidmət” əməkdaşları arasında minifutbol turniri – 24 aprel saat 11:00 (ASK Arena);
  • Bədii gimnastika üzrə XXVIII Bakı şəhər birinciliyi – 25-27 aprel saat 12:00 (Bakı Olimpiya İdman Kompleksi);
  • Velosiped üzrə Bakı şəhər kuboku – 26-27 aprel saat 11:00 (Respublika Velotreki);
  • Şahmat üzrə Bakı şəhər birinciliyi (2015-ci il təvəllüdlü və ondan kiçik yaşlı oğlanlar və qızlar arasında) – 26-30 aprel saat 11:00 (3 saylı RİOEUGİŞM);
  • MMA və qrapplinq üzrə Bakı şəhər kuboku – 24 aprel saat 11:00 (Hövsan Olimpiya İdman Kompleksi);
  • “Heydər Əliyev İli”nə həsr olunmuş müəllimlər arasında voleybol üzrə rayon turniri – 26-27 aprel (Nizami rayonu, 109 saylı tam orta məktəb);
  • “Heydər Əliyev İli”nə həsr olunmuş stolüstü tennis üzrə rayon birinciliyi – 27 aprel saat 9:30 (Xətai rayonu, “Kaspi” liseyinin Ağ şəhər filialı);
  • Vətən Müharibəsi Şəhidi Elvin Nəsrəddin oğlu Əlimovun əziz xatirəsinə həsr olunmuş oğlanlar və qızlar arasında voleybol üzrə turnir – 27-28 aprel saat 10:00 (Suraxanı rayonu, 280 saylı tam orta məktəb);
  • “Heydər Əliyev İli”nə həsr olunmuş ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında şahmat üzrə rayon turniri – 28 aprel saat 11:00 (Nərimanov rayonu, Bakı Avrasiya Universiteti);
  • Ağır atletika üzrə ölkə çempionatı – 28-29 aprel (Şüvəlan, Ağır Atletika Mərkəzi);
  • Kəndirlə mübarizə üzrə ölkə kuboku – 30 aprel (Abşeron Olimpiya İdman Kompleksi).