Paytaxtın Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 11b ünvanında yerləşən binanın qarşısında bir müddət əvvəl abadlıq işlərinə start verilib. Amma sonradan görülən işlər yarımçıq dayandırılıb. Bu haqda bu gün, 25 aprel tarixində ATV-yə istinadən Bakuplus.az məlumat verir.
Sakinlər deyirlər ki, artıq 7 aydan çoxdur ki, məhəllələrinin qarşısı dağıdılmış vəziyyətdədir.
Binaların fasad hissəsi rənglənməyə başlayanda sevinən sakinlər düşünüblər ki, onların da məhəlləsi gülüstanlıq olacaq. Binanın fasadından aşağı düşənlər giriş hissədə qazıntı apararaq sakinlərə deyiblər ki, burada avtomobillərin saxlanılması üçün şərait yaradılacaq. Lakin bu günə kimi bu istiqamətdə heç bir tədbir görülməyib.
Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, mövcud vəziyyətdən xəbərdardırlar. Amma narahat olmağa ehtiyac yoxdur: yarımçıq qalan işlər başa çatdırılacaq.
