Mənzillərin alınma öhdəliyi ilə kirayə verilməsi mexanizmi çərçivəsində İpoteka və Kredit Zəmanət Fondu tərəfindən vətəndaşlara təklif olunan mənzillərin siyahısı bu gündən etibarən artırılır. Bu haqda bu gün, 27 aprel tarixində Bakuplus.az məlumat verir.
Vətəndaşlara təklif edilən yaşayış sahələrinin siyahısına Abşeron rayonunda daha 81 tam təmirli mənzil əlavə edilib.
Xırdalan şəhəri, Qalubiyyə küçəsində yerləşən yaşayış kompleksi üzrə 27 mənzil təklif olunur ki, bunlar da 1 və 2 otaqlı yaşayış sahələridir. Mənzillərin aylıq ödənişi 363 manatdan başlayır.
Abşeron rayonu, Bakı-Sumqayıt şosesinin 17-ci km-də yerləşən kompleksdə isə 1, 2 və 3 otaqlı olmaqla 54 mənzil təklif olunur. Yaşayış sahələrinin aylıq ödənişi 268 manatdan başlayır.
Vətəndaşlar yaşayış kompleksləri üzrə təklif olunan mənzillərin siyahısı ilə bu keçid vasitəsilə tanış ola bilərlər.