Şəkidə itkin düşən yeniyetmə qız Bakıda tapılıb. Bu haqda bu gün, 9 may tarixində Bakuplus.az Lent.az-a istinadən xəbər verir.

16 yaşlı Günse Hacıyeva 7 may tarixində Şəkidə yaşadığı evdən çıxmış və ondan bir daha xəbər almaq mümkün olmamışdır. Bu gün həmin qız Bakı şəhəri ərazisində tapılıb və ailəsinə təhvil verilib.

Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov məlumatı təsdiqləyib.