Bakıda keçirilən Atıcılıq üzrə Dünya Kubokunun ilk mükafatçıları bəlli olub. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Atıcılıq Mərkəzinə istinadən xəbər verir.

İlk olaraq kişilər arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş üzrə yarışın final mərhələsi keçirilib. 8 idmançının mübarizə apardığı finalda 1-ci yeri iranlı Sajad Purhüseyni tutub. Ukrayna təmsilçisi Oleq Omelçuk 2-ci, Almaniyalı Robin Valter isə 3-cü olublar.

Azərbaycan təmsilçisi Ruslan Lunyov bu yarışa qatılsa da, finala yüksələ bilməyib.