Bakıda silsilə oğurluqlar edən şəxs tutulub. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

Ağdam rayon sakini C.Abdullazadə müxtəlif vaxtlarda 7 nəfərin pulqabısını oğurlamaqla onlara ümumilikdə 1222 AZN-dən artıq ziyan vurmaqda şübhəli bilinir.

Faktla bağlı araşdırma aparılır.