Paytaxtın Nəsimi rayonunda mənzildən meyit tapılıb. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.
1 nəfərin mənzildə bağlı qapı arxasında qalması ilə bağlı FHN-ə məlumat daxil olub. Hadisə yerinə gələn əməkdaşlar qapını açdıqdan sonra içəridə 1 nəfərin meyitini aşkar ediblər.
Cəsəd aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.