Paytaxtın Nizami rayonunda yerləşən 1 saylı cəzaçəkmə müəssisəsinə ayaqqabıda narkotik salmaq istədilər. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Penitensiar Xidmətə istinadən xəbər verir.
14 il 1 ay müddətinə azadlıqdan məhrum edilmiş Hüseyn Quliyevin tanışı Şahin Bədəlov məhkumu ziyarətə gəlib. Onun gətirdiyi sovqata baxış keçirilən zaman orada olan ayaqqabıda gizlədilmiş 6 ədəd sellofan bükülüdə ümumi çəkisi 1,815 qram olan heroin və 0,152 qram metamfetamin aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.