Bakıda qadınlara həsr olunmuş “SHE Congress” layihəsi təşkil olunacaq. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az xəbər verir.
Qadın liderliyinə həsr olunmuş regionun ən böyük konqreslərindən biri olan “SHE – Smart, Happy, Equal” konqresi zərif cinsin inkişafına dəstək olmaq üçün yönəlib. Konqresdə həyatın hər sahəsində gender bərabərliyi təbliğ olunur.
5-ci dəfə keçirilən konqresin builki mövzusu “Own Your Life”, yəni “Öz həyatına sahib çıx” olacaq. Tədbirdə müxtəlif ölkələrin tanınmış spikerləri çıxış edəcəklər.
Konqres 17 may tarixində “JW Marriott Absheron Baku”da baş utacaq. İştirak üçün öncədən qeydiyyat vacibdir.