Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan şahmat seansı keçirilib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Azərbaycan Şahmat Federasiyasına istinadən xəbər verir.
Bakı bulvarında keçirilən seansda qrosmeysterlər 100 nəfər uşaq və yeniyetmələrə qarşı oynayıblar. Məşhur şahmatçılar arasında Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Abdulla Qədimbəyli, Zeynəb Məmmədyarova və Gülnar Məmmədova olublar.
2 saata yaxın davam edən seansda 15 partiya heç-heçə başa çatıb, iki oyunda yeniyetmələr qələbə qazanıblar. Tədbirin sonunda yeniyetmə idmançılara Azərbaycan Şahmat Federasiyasının xatirə hədiyyələri təqdim olunub.
