Paytaxtın Sabunçu rayonunda qadın qətlə yetirilib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir.

46 yaşlı Zöhrab Quliyev bu gün saat 12:30 radələrində adıçəkilən rayonda yerləşən evlərində öz həyat yoldaşı Sevinc Quliyevanı bıçaqlayaraq öldürüb. O, polisə könüllü təslim olub. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.