Bakı metrosunun iş rejimi dəyişdirilir. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az metropolitenə istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə paytaxtda keçirilən kütləvi mədəni tədbirləri nəzərə alaraq, bu gecə metro saat 01:00-a qədər işləyəcək.
Ehtiyac yaranarsa, xəttə əlavə qatarlar da buraxılacaq.