Bakı Rus Evində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr edilmiş konsert və sərgilər keçiriləcək. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Rus Evinə istinadən xəbər verir.
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə və onun Baykal-Amur Magistralının (BAM) tikintisindəki roluna həsr edilən “Tavolqa” adlı sərginin açılışı baş tutacaq.
Bundan əlavə, ulu öndər Heydər Əliyevə həsr olunan konsert proqramında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının müəllimləri, tələbələri və məzunları, eləcə də respublika musiqi müsabiqələrinin laureatları iştirak edəcəklər.
Tədbir 12 may saat 19:00-da baş tutacaq. Giriş sərbəstdir.