Yenilənib:

TƏBİB-dən verilən məlumata əsasən, partlayış səbəbindən müxtəlif növ bədən xəsarətləri alan 5 nəfər xəstəxanaya təxliyə olunub. Onlardan 3-ü kişi, 2-si qadındır. Onlardan 3-ü evə buraxılıb. 2 nəfər – 1 kişi, 1 qadın isə reanimasiya şöbəsinə yerləşdiriliblər.

Onların vəziyyəti ağırdır.

10:05 – Bakıxanov qəsəbəsində mənzildə partlayış baş verib

Paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayış evində partlayış baş verib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir.

Hadisə adıçəkilən qəsəbənin Anaşkin küçəsində baş verib. Mənzillərin birində baş vermiş qaz sızması nəticəsində güclü partlayış baş verib. 1 nəfər – 24 yaşlı Orxan Rüstəmov üzərinə beton plitələrin düşməsi nəticəsində həlak olub, 2 nəfər xəsarət alıb. Xəsarət alanlardan biri 13 yaşlı Kamil Ağayev olub.

Hadisə yerinə FHN-in əməkdaşları cəlb olunublar. Partlayışın fəsadları aradan qaldırılıb.