Paytaxtın Səbail rayonu, Bayıl qəsəbəsində avtoqəza baş verib. Bu haqda bu gün, 10 may tarixində Bakuplus.az xəbər verir.
Hadisə Mikayıl Useynov prospektində qeydə alınıb. “Kia” markalı nəqliyyat vasitəsi hərəkətdə olan zaman “Prius” markalı avtomobilə arxadan çarpılıb. Nəticədə hər 2 nəqliyyat vasitəsinə ziyan dəyib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub. Faktla bağlı araşdırma aparılır.